İslam Əməkdaşlıq
Təşkilatının baş katibi Azərbaycanın
işğal olunmuş Dağlıq Qarabağ bölgəsində
keçirilən qondarma “prezident
seçkiləri” ilə
bağlı bəyanat vermişdir
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"nə dair bəyanat yaymışdır.
Bəyanatda vurğulanır ki, İƏT işğal altındakı Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni rədd edir. Bundan əlavə, İƏT Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin ədalətli və sülh yolu ilə nizamlanmasını dəstəkləyir. Bu nizamlama prosesi beynəlxalq arenada tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həyata keçirilməlidir.
İƏT qətiyyətlə bəyan edir ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən seçkilər qeyri-legitim olmaqla yanaşı, təşkilatın üzvü olan ölkələr tərəfindən tanınmayacaqdır.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 20 iyul.- S. 4.