Ş.A.Ələsgərova
fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü
bəndini rəhbər tutaraq qərara alıram:
1.
Şamil Ağarəhim oğlu Ələsgərova fövqəladə
və səlahiyyətli səfir diplomatik rütbəsi
verilsin.
2. Bu
sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 3 iyul.- S. 2.