Avropa İttifaqı qondarma
Dağlıq Qarabağ respublikasında
keçirilən “prezident
seçkiləri”nin
nəticələrini tanımayacaqdır
İyulun
19-da Dağlıq Qarabağda "prezident seçkiləri"
keçiriləcəkdir. Mən qeyd etmək istərdim ki,
Avropa İttifaqı "seçkilər"in keçiriləcəyi
konstitusion və hüquqi çərçivələri
tanımır.
Bu
sözləri Avropa İttifaqının xarici əlaqələr
və təhlükəsizlik siyasəti üzrə ali
nümayəndəsi xanım Ketrin Eşton Ermənistanın
işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ
bölgəsindəki qondarma respublikada keçirilən
"prezident seçkiləri"nə dair bəyanatında
demişdir.
Ketrin
Eşton birmənalı şəkildə bəyan etmişdir
ki, bu "seçkilər"in nəticələri Avropa
İttifaqı tərəfindən tanınmayacaqdır. Bəyanatda
K.Eşton ATƏT-in Minsk qrupunun həmsədrlərinin
münaqişənin dinc yolla həll olunması
üçün göstərdikləri səyləri bir daha dəstəklədiyini
bildirmişdir.
Xanım
K.Eşton demişdir: "Mən tərəfləri
münaqişənin danışıqlar vasitəsilə
Madrid prinsipləri əsasında həlli yolunun
tapılması üzrə səylərini fəallaşdırmağa
çağırıram. Avropa İttifaqının bu istiqamətdəki
səylərə bundan sonra da dəstək verəcəyini təsdiqləyirəm".
AzərTAc
Azərbaycan.- 2012.- 20 iyul.- S. 4.