ATƏT-in fəaliyyətdə
olan sədri Azərbaycanın
Dağlıq Qarabağ bölgəsindəki
“prezident
seçkiləri”nə münasibət
bildirmişdir
ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın Baş nazirinin müavini və xarici işlər naziri Eymon Gilmor iyulun 19-da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz prezident seçkilərinə münasibət bildirmişdir.
Bəyanatda deyilir: "ATƏT Dağlıq Qarabağın müstəqilliyini tanımır. Buna görə də "prezident seçkiləri" razılaşdırılmış format altında münaqişənin həll olunması üçün göstərilən səylərə heç bir təsir göstərməməlidir.
Mən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya Federasiyasının, eləcə də mənim şəxsi nümayəndəm, səfir Anji Kasprşikin münaqişənin danışıqlar əsasında və sülh yolu ilə nizamlanması üçün tərəflərlə apardıqları işi tam dəstəkləyirəm".
Elgün NİFTƏLİYEV
Azərbaycan.- 2012.- 20 iyul.- S. 4.