Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi mövzusunda Beynəlxalq simpoziumun materialları nəşr olunmuşdur

 

 Ötən il iyulun 20-dən 24-dək Naxçıvan şəhərində keçirilmiş "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" mövzusunda Beynəlxalq simpoziumun materialları nəşr olunmuşdur.

Bu günlərdə "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çapdan çıxan yeni nəşr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" mövzusunda Beynəlxalq simpoziumun keçirilməsi haqqında" 2011-ci il 7 iyun tarixdə imzaladığı sərəncamınsimpoziumun açılış mərasimindəki çıxışının mətni ilə başlayır.

Azərbaycan, Türkiyə, ABŞ, Fransa, Rusiya və Ukraynanın nüfuzlu elmi müəssisələrini təmsil edən alimlərin, qədim tarix üzrə mütəxəssislərin Naxçıvanla bağlı geniş elmi məqalələri "Naxçıvan diyarı bəşər sivilizasiyasının ilk beşiklərindən biri kimi", "Naxçıvan: ilkin şəhər mədəniyyətinin yarandığı yer", "Naxçıvanın arxeoloji abidələri", "Naxçıvan mədəniyyəti və əlaqələri" bölmələrində nəşr olunmuşdur.

Elmi məqalələrdə qədim tarixi olan Naxçıvanın zəngin abidələri haqqında dəyərli elmi fikirlər, eləcə də muxtar respublika rəhbərinin bu sahədəki müstəsna xidmətləri işıqlandırılır. Simpozium materiallarından ibarət bu kitab regionun ümumi tarixini dolğun şəkildə oxuculara çatdırmaq baxımından olduqca əhəmiyyətlidir.

Topluda "Naxçıvan: ən qədim yaşayış məskəni", "Naxçıvanın ilkin şəhər mədəniyyəti", "Naxçıvanda ilk yaşayış yerləri və ilkin şəhər mədəniyyəti", "Naxçıvanda ilkin şəhərsalma tarixinə kompleks yanaşma", "Dünyanın ən qədim duz mədəni: Duzdağda arxeoloji tədqiqatlar", "Oğlanqalada Azərbaycan-Amerika qazıntıları (2010-2011-ci illər)", "Yaşayış məskənlərinin qədim tarixinin müəyyənləşdirilməsində qayaüstü təsvirlərdəki motivlərin rolu və əhəmiyyəti" və digər 40-dan çox məqalə geniş oxucu kütləsinə təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 20 iyul.- S. 5.