ARDNŞ İsveçrədə Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artırılması naminə uğurla fəaliyyət göstərir

 

Son günlər ARDNŞ-nin ölkə daxilində və xaricdə həyata keçirdiyi strateji layihələrin uğur qazanmasını, şirkətin beynəlxalq miqyasda artan nüfuzunu gözü götürməyən bir sıra bədxah qüvvələr tərəfindən onun işgüzar nüfuzuna xələl gətirmək məqsədi ilə çoxdandır ki, davam edən sistemli qarayaxma kampaniyası yenidən qızışdırılır. ARDNŞ-nin yaydığı məlumatda bildirilir ki, bu kampaniyanın tərkib hissəsi kimi səriştəsiz, əsassız və qondarma "araşdırmalar" aparılır, həmin "araşdırmalar"ın heç bir tənqidə duruş gətirməyən saxta "nəticələr"i siyasi maraqları ölkəmizin ümumi inkişaf xəttinə uyğun gəlməyən dairələrin xidmətində olan mətbuat orqanlarında yerləşdirilir və ictimai rəyi çaşdırmaq yolu ilə şirkətin gündən-günə artmaqda olan beynəlxalq imicinə zərbə vurmaq məqsədi güdülür. ARDNŞ bəyan edir ki, istər Azərbaycan Respublikası ərazisində, istərsə də ayrı-ayrı xarici ölkələrdə həmin qüvvələrin çirkin niyyətləri həmişə olduğu kimi, ifşa olunacaq, beynəlxalq hüquq normaları çərçivəsində onlara qarşı adekvat tədbirlər görüləcək.

Geniş ictimaiyyətin növbəti dəfə aldadılmasına yol verməmək məqsədi ilə aşağıdakıları bildiririk: Azərbaycanda həyata keçirilən regionalqlobal əhəmiyyətli neft-qaz layihələri çərçivəsində böyük uğurlara imza atmış ARDNŞ son illər beynəlxalq səviyyədə özünü güclü, müasir, rəqabətədavamlı bir qurum kimi tanıdaraq dünya bazarına inamla daxil olmaqdadır. Azərbaycanda hasil olunan irimiqyaslı xam neft həcmlərinin dünya bazarına müstəqil şəkildə çıxarılması və ixracın çevikliyinin təmin edilməsi üçün 2007-ci ilin dekabrında İsveçrədə - Cenevrə şəhərində ARDNŞ-nin ortaq treydinq şirkətinin - "SOCAR Trading SA" şirkətinin təsis edilməsi bu baxımdan əlamətdar hadisə olmuşdur. Tarixdə ilk dəfə Azərbaycan dövlətinin mənafelərinə xidmət edən, qarşısında "Azəri Layt" markalı neftin bazarlanması, dünya bazarında rəqabət qabiliyyətinin artırılması, son iştehlakçılara çatdırılması, qeyri-Azərbaycan mənşəli xam neftneft məhsullarının alqı-satqısı kimi olduqca mühüm məqsədlər qoyulan bu treyder şirkətinin məhz Cenevrədə yaradılması və 2008-ci ilin aprelindən fəaliyyətə başlaması təsadüfi deyildir. Cenevrə Avropadakı əsas işgüzar mərkəzlərdən biridirneft sənayesi, maliyyə və bank sektorundakı bir çox əsas iştirakçıların baş ofis və nümayəndəlikləri məhz bu şəhərdə cəmləşib. "SOCAR Trading SA" şirkətinin sonrakı uğurlu fəaliyyəti bu seçimin düzgün olduğunu sübut etdi. ARDNŞ-nin ortaq treyder şirkəti qısa müddətdə, cəmi 4 il ərzində qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlmiş, böyük beynəlxalq nüfuz qazanmış, fəaliyyət dairəsini genişləndirmişdir.

"SOCAR Trading SA" şirkətinin təsisçisi "Supra Holding Limited" şirkətidir ki, burada da ARDNŞ əvvəllər 50 faiz paya sahib olmuş, hazırda isə 80 faiz payın sahibidir. "SOCAR Trading SA" şirkətinin və onun təsisçisi olan "Supra Holding Limited" şirkətinin təsisçiləri arasında fiziki şəxs yoxdurheç vaxt olmamışdır. Qeyd etməliyik ki, bəzi mənbələrdə yanlış olaraq "SOCAR Trading SA" şirkətinin təsisçiləri kimi qələmə verilən fiziki şəxslər, əslində, həmin şirkətin İdarə Heyətinin üzvləridirlər. Onların bir qismi həmin şirkətdə, bir qismi isə ARDNŞ-də yüksək vəzifələr tuturöz vəzifə fəaliyyətlərinə görə "SOCAR Trading SA" şirkətinin İdarə Heyətində təmsil olunurlar. "SOCAR Trading SA" şirkətinin baş icraçı direktorunun müavini Zaur Qəhrəmanova gəlincə, o, ümumiyyətlə, nəinki şirkətin təsisçisi, heç İdarə Heyətinin üzvüdeyil. Bu şirkətin idarə olunmasında iştirak edən şəxslərin məqsədyönlü şəkildə "təmsilçilər" kimi qələmə verilməsi "araşdırmaçı"ların səriştəsizliyinin və məsələyə qərəzli mövqedən yanaşdıqlarının göstəricisidir.

"SOCAR Trading SA" şirkəti fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə dünyanın müxtəlif ölkələrində öz törəmə müəssisələrini də yaratmışdır və həmin müəssisələr haqqında şirkətin internet saytında asanlıqla məlumat əldə etmək mümkündür. Treydinq əməliyyatlarının bu cür törəmə şirkətlər vasitəsilə həyata keçirilməsi beynəlxalq miqyasda qəbul olunmuş bir praktikadır.

"SOCAR Black Sea" şirkəti ARDNŞ-nin ixrac fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə, neft məhsullarının Ukrayna ərazisinə çatdırılması üçün "SOCAR Trading SA" və Ukrayna şirkəti olan "ROSSİM" tərəfindən təsis edilmişdir. Göründüyü kimi, bu şirkətin də təsisçiləri arasında fiziki şəxslər yoxdur.

Nəhayət, geniş ictimaiyyətə yaxşı məlum olduğu kimi, ötən il ARDNŞ uğurlu bir alqı-satqı əməliyyatı həyata keçirərək ABŞ-ın "ExxonMobile" şirkətinin İsveçrədəki bölməsi olan "Esso Schweiz GmbH" şirkətinin səhmlərinə sahib olmuşdur. Bu əməliyyatın həyata keçirilməsi məqsədi ilə 100 faizi ARDNŞ-ə məxsus olan "SOCAR Energi Switzerland Holding SA " şirkəti yaradılmışdır. Başqa sözlə, təsisçi qismində SOCAR (ARDNŞ) çıxış etmişdir. "Esso Schweiz GmbH" şirkətinə məxsus səhmlərinin alınması üzrə ödənişlər də ARDNŞ-ə məxsus bank hesabından köçürmə vasitəsilə həyata keçirilmişdirbu, şirkətin maliyyə hesabatlarında öz əksini tapmışdır.

Onu da qeyd etmək lazımdır ki, həmin alqı-satqı müqaviləsinə əsasən, "SOCAR Energi Switzerland Holding SA" şirkətinin aktivinə keçmiş yanacaqdoldurma məntəqələri ərazisində yerləşən mağazaların idarə edilməsi məqsədi ilə qida məhsullarının pərakəndə satışı üzrə dünyada məhşur olan "Migros" şirkəti arasında alyans müqaviləsi imzalanmışdır. Həmin şirkətin bu sahədə özünü sübut etməsi "SOCAR Energi Switzerland Holding SA" şirkətinin  yeniliyinin İşveçrə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmasına səbəb olmuşdur.

Sonda onu da bildirmək lazımdır ki, istər bu, istərsə də İsveçrədə ARDNŞ-nin həyata keçirdiyi investisiya layihələri haqqında digər məlumatlar "SOCAR Trading SA" şirkətinin veb-saytında yerləşdirilmişdir və ictimaiyyət üçün tamamilə açıqdır.

 

 

Azərbaycan.- 2012.- 20 iyul.- S. 5.