Bakıda açılmış “I love absurde” sərgisi iki ay davam edəcəkdir
İyulun
19-da Kiçik QalArt qalereyasında rəssam Afət Bağırovanın
əsərlərindən ibarət
"I love absurde" ("Mən
cəfəngiyatı sevirəm")
adlı sərgi açılmışdır.
AzərTAc xəbər verir ki, iki ay davam
edəcək sərgidə
rəssamın 20-dən çox
əsəri nümayiş
olunur.
Tədbirdə rəssamın özünəməxsus
yaradıcılıq yolundan
söz açılmışdır.
Bildirilmişdir ki, Afət Bağırova
öz əsərləri
ilə tamaşaçıları
dünyaya digər nöqteyi-nəzərdən baxmağa
çağırır. O, ağlasığan
surətləri və
obyektləri uyğunlaşdıraraq,
sanki öz pərəstişkarlarına stereotipi
kəsib atmaq üçün bıçaq
verir. Rəssamın əsərlərini, instalyasiyalarını, heykəllərini
və videosunu beyinlə dərk etmək tamamilə mümkündür, fikrini
tamamlamaq isə yox. Çünki onu ilhamlandıran
hadisələrin bünövrələrini
qeyri-məntiqi və struktursuz əsaslar təşkil edir.
Afət Bağırova vizual surətlərdən istifadə
edərək anlayışımızda
xaos yaradır. Hər əsərin
dəqiq bir məna daşıması
məcburiyyətində olmasına
əmin olmağımız
bizi məntiqi labirintə salır, rəssam isə bu labirinti sındırmağa
cəhd edir. Onun əsərlərində heç
bir hadisə izah olunmur.
Rəssamın "Əsəbi qadın",
"Qəssab", "Qarğalar"
və digər əsərləri sənətsevərlər
tərəfindən maraqla
qarşılanmışdır.
Azərbaycan.- 2012.- 20 iyul.- S. 5.