“Yol hərəkəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci
və 23-cü bəndlərini rəhbər tutaraq
"Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2011-ci il 15
noyabr tarixli 245-IVQD nömrəli qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Yol
hərəkəti haqqında" Azərbaycan
Respublikasının Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, №
11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463;
2003, № 8, maddə 424; 2004, № 2,
maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə
874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə
560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr
453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, №
12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4,
maddə 255, № 6, maddə 469, № 12, maddə 1097) 27-ci maddəsinin
VI hissəsinin 4-cü bəndində
"rüsumların" sözündən sonra "(nəqliyyat
vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla)"
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 21 iyul.- S. 1.