ATƏT-in Minsk qrupunun həmsədr ölkələri qondarma Dağlıq Qarabağ Respublikasını müstəqil və suveren dövlət kimi qəbul etmir

 

ATƏT-in Minsk qrupunun həmsədrləri - Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa)  qondarma "Dağlıq Qarabağ Respublikası" separatçı rejiminin iyulun 19-da  keçirdiyi "prezident seçkiləri" ilə bağlı iyulun 20-də bəyanatla çıxış etmişlər.

ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlər qeyd etmişlər ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən heç biri Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır.

Həmsədrlər vurğulamışlar ki, iyulun 19-da keçirilmiş "seçki"lər heç bir vəchlə Dağlıq Qarabağın status hüququnu həll etmir və münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində Azərbaycan və Ermənistan arasında aparılan danışıqlara təsir göstərə bilməz.

 

 

Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 21 iyul.- S. 1.