Böyük Britaniya
Dağlıq Qarabağda qondarma
“prezident
seçkiləri”ni
tanımır
Böyük Britaniya Dağlıq Qarabağı müstəqil dövlət qurumu kimi qəbul etmir və orada keçirilən hər hansı "seçkiləri" tanımır.
AzərTAc xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəyan etmişdir.
Səfirlikdə demişlər: "Böyük Britaniya Avropa diplomatiyasının rəhbəri Ketrin Eştonun
Dağlıq Qarabağ
separatçılarının başçısının qondarma "seçkiləri"nin konstitusion və hüquqi
çərçivələrinin Avropa
İttifaqı tərəfindən tanınmaması barədə
bəyanatına qoşulur".
Azərbaycan.- 2012.- 21 iyul.- S. 1.