Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və
6-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, №2, maddələr 65, 68, №6, maddə 560, №7, maddə 712, №8, maddə 756, №11, maddə 1049, №12, maddə 1221; 2008, №6, maddə 462, №7, maddələr 606, 607, №12, maddə 1045, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, №7, maddə 593, №12, maddə 1058; 2011, №6, maddə 480, №7, maddələr 589, 599) 384.1.4-cü maddəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci
il
Azərbaycan.- 2012.- 21 iyul.- S. 2.