Ukraynanın Odessa şəhərində Azərbaycan
Respublikasının Baş Konsulluğunun təsis edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Ukraynanın Odessa şəhərində Azərbaycan
Respublikasının Baş Konsulluğu təsis edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Ukraynanın Odessa şəhərində
Azərbaycan Respublikasının Baş Konsulluğunun fəaliyyətinin
təminatı ilə bağlı maddi-texniki təchizat və
maliyyələşdirmə məsələlərini həll
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Ukraynanın
Odessa şəhərində Azərbaycan Respublikasının
Baş Konsulluğunun strukturunu və ştat cədvəlini təsdiq
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 3 iyul.- S. 2.