Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

  ¹ 153 Bakı şəhəri, 19 iyul 2012-ci il

 

"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 4, maddə 299, ¹ 8, maddə 550, ¹ 10, maddə 639; 1999, ¹ 2, maddə 150; 2000, ¹ 5, maddə 374, ¹ 7, maddə 559, ¹ 8, III kitab, maddə 643, ¹ 9, maddələr 690, 699, 700, ¹ 10, maddə 770; 2001, ¹ 4, maddə 289, ¹ 8, maddə 561; 2002, ¹ 4, II kitab, maddələr 209, 212; 2005, ¹ 1, maddə 56; 2006, ¹ 2, maddə 180, ¹ 4, maddə 367, ¹ 7, maddə 652; 2008, ¹ 7, maddələr 672, 687; 2009, ¹ 9, maddələr 742,744,  ¹ 12, maddələr 1061, 1071; 2010, ¹ 7, maddə 706, ¹ 12, maddə 1114; 2011, ¹ 1, maddə 68; ¹ 8 maddə 774; 2012, ¹ 1, maddə 39) aşağıdakı məzmunda 4.20-ci bənd əlavə edilsin:

"4.20. İstehsal gücü gündə 5000 (beş min) ton klinker və ya ildə 2 (iki) milyon ton sement təşkil edən və APİ (American Petroleum İnstitute) standartlarına cavab verən quyu-tamponaj sementi istehsal edən sement zavodlarının tikintisi üçün layihə çərçivəsində idxal olunan mallar, materiallar və avadanlıqlar.".

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2014-cü il yanvarın 1-dək qüvvədədir.

 

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini

 

Azərbaycan.- 2012.- 21 iyul.- S. 2.