Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 154 Bakı şəhəri, 19 iyul 2012-ci il

 

"Azərbaycan  Respublikasının ərazisinə  gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 55, ¹ 4, maddə 378, ¹ 10, maddə 980; 2006, ¹ 2, maddə 180,  ¹ 4, maddə 367, ¹ 7, maddə 652; 2007, ¹ 6, maddə 700, ¹ 7, maddə 743, ¹12, maddə 1355; 2008, ¹ 4, maddə 325, ¹ 7, maddələr 672, 687, ¹ 11, maddə 1036; 2009, ¹ 1, maddə 25, ¹ 4, maddə 291, ¹ 9, maddələr 742, 744,

¹ 12, maddə 1071; 2010,  ¹ 4, maddə 356, ¹ 7, maddə 706, ¹ 12, maddələr 1113, 1114; 2011, ¹ 1, maddə 68, ¹ 4, maddə 374, ¹ 8, maddə 775; 2012, ¹ 1, maddə 38) aşağıdakı məzmunda 1.23-cü bənd əlavə edilsin:

"1.23. İstehsal gücü gündə 5000 (beş min) ton klinker və ya ildə 2 (iki) milyon ton sement təşkil edən və APİ (American Petroleum İnstitute) standartlarına cavab verən quyu-tamponaj sementi istehsal edən sement zavodlarının tikintisi üçün layihə çərçivəsində idxal olunan mallar, materiallar və avadanlıqlar.".

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2014-cü il yanvarın 1-dək qüvvədədir.

 

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası Baş

nazirinin birinci müavini

 

Azərbaycan.- 2012.- 21 iyul.- S. 2.