ABŞ Dövlət Departamentinin nümayəndələri BAMF-in fəaliyyəti ilə maraqlanmışlar

 

ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya İdarəsinin qaçqınlar üzrə regional əlaqələndiricisi Qreqori N.Qadneonun köməkçisi Eka Todria Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olmuşlar.

BAMF-dən AzərTAc-a bildirmişlər ki, fondun sədri Umud Rəhimoğlu müxtəlif fəaliyyət istiqamətləri üzrə təşkilatın indiyədək gördüyü işlər, həyata keçirdiyi humanitar layihələr barədə qonaqları məlumatlandırmışdır. Görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Cef Kudeliştirak etmişdir.

Qeyd edək ki, BAMF 2007-ci ildən ABŞ Dövlət Departamenti siyasi-hərbi məsələlər üzrə bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin özəl tərəfdaşlıq proqramının üzvüdür.

 

 

Azərbaycan.- 2012.- 21 iyul.- S. 2.