Dağlıq Qarabağda qondarma prezident seçkiləri ilə əlaqədar Türkiyədə etiraz aksiyası

 

Türkiyənin Eskişehir şəhərində işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri" ilə əlaqədar etiraz aksiyası təşkil edilmişdir.

Azərbaycan Dərnəyinin təşəbbüsü ilə keçirilmiş aksiyada türk ocaqlarının üzvləri, ülkü ocaqlarının təmsilçiləri, şəhər sakinləri və burada yaşayan azərbaycanlılar iştirak etmişlər.

Eskişehir Azərbaycan Dərnəyinin sədri Cavid Aydın qondarma "seçkiləri" pisləyən mətbuat açıqlamasının mətnini oxumuşdur. Aksiya iştirakçıları əllərində ermənilərin xalqımıza qarşı törətdikləri qətliamları, Xocalı soyqırımını əks etdirən fotolarplakatlar tutmuş, torpaqlarımızın tezliklə azad olunmasına dair beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməsi  tələblərini səsləndirmişlər.

 

 

Azərbaycan.- 2012.- 21 iyul.- S. 3.