Latviya Dağlıq Qarabağda
qondarma “prezident
seçkiləri”nə
qarşıdır
Latviya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-ın müxbirinə verilən məlumata görə, bu ölkənin xarici siyasət idarəsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş olmamasından, insidentlərin geniş miqyas almasından və qurbanların sayının artmasından narahat olduğunu bildirir.
Latviya XİN ATƏT-in Minsk qrupunun həmsədrlərini və bu qurumun münaqişənin həllinə yönəlmiş səylərini dəstəkləyərək belə hesab edir ki, münaqişənin dinc yolla tənzimlənməsi Madrid prinsipləri əsasında həyata keçirilməlidir. Latviya XİN Dağlıq Qarabağda qondarma "prezident seçkiləri"ni tanımır və bütün maraqlı tərəfləri bu münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırır.
Nigar Hüseynova
Azərbaycan.- 2012.- 21 iyul.- S. 3.