Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsvirinin, spesifikasiyasının və nümunələrinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinə əsasən qərara alıram:

 

1. "Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri" təsdiq edilsin (Əlavə I).

2. "Ümumvətəndaş, xidməti və diplomatik pasportların  spesifikasiyası" təsdiq edilsin (Əlavə II).

3. "Ümumvətəndaş, xidməti və diplomatik pasportların  nümunələri" təsdiq edilsin (Əlavə III).

4. Bu fərman 2013-cü il iyunun 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 22 iyul.- S. 1.