Misir Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Mursiyə

 

Hörmətli cənab Prezident!

 

Ölkənizin milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

 

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 22 iyul.- S. 1.