Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Barak Obamaya

 

 Hörmətli cənab Prezident!

 

Kolorado ştatında baş vermiş faciə nəticəsində insan tələfatı xəbəri bizi olduqca sarsıtdı.

Bu kədərli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 iyul 2012-ci il

 

Azərbaycan.- 2012.- 22 iyul.- S. 1.