Macarıstan
Dağlıq Qarabağda keçirilən
üzdəniraq “prezident
seçkiləri”ni
tanımır
Macarıstan Avropa Şurasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun iyulun 19-da Dağlıq Qarabağda keçirilmiş üzdəniraq "prezident seçkiləri"nin" tanınmaması haqqında bəyanatına qoşulur.
AzərTAc Macarıstan XİN-in bəyanatına istinadla xəbər verir ki, rəsmi Budapeşt tərəfləri münaqişənin status-kvo çərçivəsindən çıxmağa imkan verə biləcək Madrid prinsipləri əsasında danışıqlar yolu ilə həllinin axtarılmasına dair səyləri fəallaşdırmağa çalışmışdır.
Rəsmi Budapeşt
Avropa Şurasının münaqişənin
dinc vasitələrlə
danışıqlar yolu ilə dövlətlərin
suverenliyi, ərazi bütövlüyü
və sərhədlərinin toxunulmazlığı, habelə
milli azlıqların hüquqlarına
hörmət əsasında həllinə nail
olunması barədə Aİ-nin ümumi mövqeyi ilə
razıdır.
Azərbaycan.- 2012.- 22 iyul.- S. 1.