Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri

 

Əlavə I

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumvətəndaş, xidməti və diplomatik pasportların (bundan sonra - pasport) təsviri Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənədində nəzərdə tutulmuş, maşınla oxunan səyahət sənədlərinə tətbiq olunan beynəlxalq tələb və standartlara uyğundur.

2. Pasport 88 mm x 125 mm ölçülüdür. 4 səhifəlik üz qabığından 50 daxili səhifədən ibarətdir.

3. Pasportun tipindən asılı olaraq, onun üz qabığının birinci dördüncü səhifələri aşağıdakı rənglərdədir:

3.1. ümumvətəndaş pasportu - tünd yaşıl rəngdə;

3.2. xidməti pasport - tünd göy rəngdə;

3.3. diplomatik pasport - tünd qırmızı rəngdə.

4. Pasportun üz qabığının birinci səhifəsində qızılı rənglə yuxarıda alt-alta "AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN" sözləri, aşağıda alt-alta, tipindən asılı olaraq, "PASPORT/ PASSPORT", "XİDMƏTİ PASPORT / SERVICE PASSPORT" ya "DİPLOMATİK PASPORT / DIPLOMATIC PASSPORT" sözləri yazılır, ortada Azərbaycan Respublikası Dövlət gerbinin qrafik təsviri verilir. Həmin səhifənin aşağı orta hissəsində pasportda elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə qoyulur.

5. Pasportun üz qabığının ikinci səhifəsində Azərbaycan Respublikası Dövlət gerbinin, üçüncü səhifəsində Azərbaycan Respublikası Dövlət bayrağının Azərbaycan Respublikası xəritəsinin rəngli təsvirləri əks olunur. Hər iki səhifədə pasportun tipinə uyğun rənglərdən istifadə edilir.

6. Pasportun tipindən asılı olaraq, onun üz qabığının üçüncü səhifəsində aşağıdakı mətn yazılır:

6.1. ümumvətəndaş pasportunda:

"Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.

Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages.";

6.2. xidməti pasportda:

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bütün səlahiyyətli orqanlardan bu pasportu təqdim edən Azərbaycan Respublikası vətəndaşına hər cür kömək göstərməyi xahiş edir.

The Ministry of Foreign Affairs of the Republic of Azerbaijan requests all authorities to extend all the courtesies to the bearer of this passport, citizen of the Republic of Azerbaijan.

Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.

Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages.";

6.3. diplomatik pasportda:

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bütün səlahiyyətli orqanlardan bu pasportu təqdim edən Azərbaycan Respublikası vətəndaşına sərhədi maneəsiz keçməkdə digər hallarda hər cür kömək göstərməyi xahiş edir.

The Ministry of Foreign Affairs of the Republic of Azerbaijan requests all authorities to allow free passage and to extend all courtesies to the bearer of this passport, citizen of the Republic of Azerbaijan.

Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.

Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages.".

7. Pasportun üz qabığının dördüncü səhifəsinin üzərində heç bir təsvir yoxdur.

8. Pasportun daxili səhifələrində Azərbaycan Respublikasının rəmzləri, milli ornamentlər əks etdirilir, pasportun tipinə uyğun rənglərdən istifadə olunur, tək nömrəli səhifələrin sağ kənarının, cüt nömrəli səhifələrin sol kənarının orta hissəsində sıra nömrəsi qoyulur. Pasportun daxili birinci ikinci səhifələrində sıra nömrəsi qoyulmur.

9. Pasportun daxili birinci səhifəsinin orta hissəsində alt-alta "AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN" sözləri, ondan aşağıda alt-alta, tipindən asılı olaraq, "PASPORT / PASSPORT", "XİDMƏTİ PASPORT/SERVICE PASSPORT" ya "DİPLOMATİK PASPORT / DIPLOMATIC PASSPORT" sözləri yazılır.

10. Pasportun daxili ikinci səhifəsində aşağıdakılar göstərilir:

10.1. "AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN";

10.2. pasportun tipindən asılı olaraq, "PASPORT / PASSPORT", "XİDMƏTİ PASPORT / SERVICE PASSPORT" ya "DİPLOMATİK PASPORT / DIPLOMATIC PASSPORT";

10.3. "Tip / Type" (ümumvətəndaş pasportunun tipinin şərti işarəsi "PC", xidməti pasportun tipinin şərti işarəsi "PS", diplomatik pasportun tipinin şərti işarəsi isə "PD" kimi müəyyənləşdirilir);

10.4. "Ölkənin kodu / Code of State";

10.5. "Pasportun nömrəsi / Passport No" (Pasportun nömrəsi tipinin şərti işarəsinin ikinci hərfindən səkkiz ərəb rəqəmindən ibarətdir);

10.6. "Soyadı / Surname";

10.7. "Adı, atasının adı / Given name, patronymic";

10.8. "Vətəndaşlığı / Nationality";

10.9. "Doğulduğu tarix / Date of birth";

10.10. "Fərdi identifikasiya nömrəsi / Personal No";

10.11. "Cinsi / Sex";

10.12. "Doğulduğu yer / Place of birth";

10.13. "Verilmə tarixi / Date of issue";

10.14. "Etibarlılıq müddəti / Date of expiry";

10.15. "Pasport sahibinin imzası / Holder`s signature";

10.16. "Pasportu verən orqan / Issuing authority";

10.17. pasport sahibinin 30 mm x 37 mm ölçülü üzünün təsviri üçün yer elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə;

10.18. beynəlxalq tələb standartlara uyğun olaraq, maşınla oxuna bilən iki sətirdən ibarət yazı. Həmin yazının ikinci sətrinin 29-cu simvolundan başlayaraq Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya nömrəsi göstərilir.

11. Pasportun daxili cüt nömrəli səhifələrinin (2-ci 50-ci səhifələr istisna olmaqla) sol yuxarı kənarında yuxarıdan aşağıya doğru, tək nömrəli səhifələrinin (1-ci səhifə istisna olmaqla) sağ yuxarı kənarında aşağıdan yuxarıya doğru "VİZALAR / VISAS" sözləri yazılır.

12. Pasportun daxili 50-ci səhifəsinin sol yuxarı kənarında yuxarıdan aşağıya doğru "XÜSUSİ QEYDLƏR / SPECIAL NOTES", aşağıda ortada "Qan qrupu / Blood group" sözləri yazılır həmin sözlərin altında pasportun nömrəsi ştrix kod vasitəsilə qeyd olunur.

 

 

Azərbaycan.- 2012.- 22 iyul.- S. 3.