Ümumvətəndaş,
xidməti və diplomatik pasportların
spesifikasiyası
Əlavə II
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumvətəndaş, xidməti
və diplomatik pasportların (bundan sonra - pasport) spesifikasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının
9303 nömrəli sənədində nəzərdə tutulmuş, maşınla oxunan
səyahət sənədlərinə tətbiq olunan beynəlxalq tələb və standartlara uyğundur.
2. Pasportun küncləri 3,18 mm radius boyunca dəyirmiləşdirilmişdir.
3. Pasportun üz qabığı və daxili səhifələri üçün istifadə
olunan kağız ultrabənövşəyi şüanı
əks etdirmir.
4. Pasportun üz qabığı yüksək
keyfiyyətli akril materialındandır. Pasportun
üz qabığının
ikinci və üçüncü səhifələri
üçün istifadə
olunan kağız 50 faiz pambıqdan və 50 faiz sellülozdan ibarətdir və onun hər
kvadrat metri 120 qramdır. Pasportun üz qabığı
yüksək temperatura,
köhnəlməyə, cırılmaya,
kimyəvi maddələrin
təsirinə, rütubətə
davamlıdır və
ekoloji cəhətdən
təhlükəsizdir.
5. Pasportun üz qabığının ikinci
və üçüncü
səhifələrində ultrabənövşəyi
spektrdə görünən
liflərdən, gilyoşdan,
mikromətndən, göy
qurşağı üsulu
ilə çapdan, relyefli çapdan, dərin çapdan, infraqırmızı və
ultrabənövşəyi çapdan istifadə olunur.
6. Pasportun daxili səhifələri onların
çıxarılmasını və yeni səhifələrin
daxil edilməsini istisna edən üsulla üz qabığına birləşdirilir.
7. Pasportun daxili birinci və ikinci səhifələri
(məlumat səhifələri)
yüksək keyfiyyətli
100 faizli polikarbonat materialından hazırlanır.
Polikarbonat materialı şəffafdır,
yüksək temperatura,
işığa, deformasiyaya,
kimyəvi maddələrin
təsirinə və rütubətə davamlıdır,
istifadə zamanı zəhərləyici maddələr
ifraz etmir, pasport sahibinin üzünün təsvirini
keyfiyyətli əks etdirir və saxtalaşdırmanın qarşısını
almaq xüsusiyyətinə
malikdir.
8. Pasportun daxili ikinci səhifəsində
pasport sahibinin üzünün təsvirinin
qorunmasını təmin
edən elementlərdən,
optik dəyişən
rəngli boyadan, kineqramdan, gilyoşdan, mikromətndən, relyefli çapdan, göy qurşağı üsulu
ilə çapdan, lazer həkketmə texnologiyasından, optik dəyişən elementlərdən
və ultrabənövşəyi
çapdan istifadə
olunur.
9. Pasportun daxili 3-50-ci səhifələri üçün
istifadə olunan kağız 50 faiz pambıqdan və 50 faiz sellülozdan ibarətdir və onun hər kvadrat
metri 90 qramdır.
10. Pasportun daxili kağız səhifələrində
su nişanlarından,
ultrabənövşəyi spektrdə görünən
liflərdən, kimyəvi
üsulla məlumatların
pozulmasını və
ya dəyişdirilməsini
istisna edən maddələrdən, gilyoşdan,
mikromətndən, ultrabənövşəyi
çapdan və göy qurşağı üsulu ilə çapdan istifadə olunur və bu elementlər mütənasib şəkildə
yerləşdirilir.
11. Pasportun daxili kağız səhifələrində
sıra nömrəsi
müxtəlif üsullarla
əks etdirilir.
12. Pasportun nömrəsi, daxili 3-cü səhifədən
başlayaraq, bütün
daxili səhifələrin
və üz qabığının üçüncü
və dördüncü
səhifələrinin yuxarı
orta hissəsində konusvari deşilmə üsulu ilə əks etdirilir.
13. Pasportun məlumat səhifəsində yaddaşı
ən azı 80 kilobayt olan elektron
daşıyıcı (çip)
yerləşdirilir. Elektron daşıyıcıda
(çipdə) "Ölkədən
getmək, ölkəyə
gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası
Qanununun 7-ci maddəsinin
birinci hissəsinin
1-ci bəndində göstərilən
məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üzünün təsviri
və hər əlindən bir barmaq izi yerləşdirilir.
14. Elektron daşıyıcıda
məlumatların saxlanılma
müddəti ən azı 10 ildir. Elektron daşıyıcıda
saxlanılan məlumatların
təhlükəsizliyinin təmin
olunması üçün
elektron imza texnologiyasından və kriptoqrafik alqoritmdən istifadə edilir.
15. Elektron daşıyıcı
ən azı Basic
Access Control, Passiv Authentication, Chip
Authentication və Extended Access Control kimi mexanizmləri dəstəkləməli və
İSO CC EAL 5+ səviyyəsində uyğunluq sertifikatına malik olmalıdır.
Azərbaycan.- 2012.- 22 iyul.- S. 3.