Dünyanın
digər ölkələri kimi Serbiya da Azərbaycanın
işğal olunmuş
Dağlıq Qarabağ bölgəsində
keçirilən qondarma “prezident seçkiləri”ni tanımır
Serbiya Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yaymışdır.
Azərbaycanın Serbiyadakı səfirliyindən AzərTAc-a daxil olmuş bəyanatda vurğulanır: "Serbiya Respublikasının Xarici İşlər Nazirliyi bir daha ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ ilə bağlı fəaliyyətini, münaqişənin həlli istiqamətində apardığı işi və səylərini tam dəstəklədiyini bildirir və qarşılıqlı məqbul nəticə əldə etmək üçün hər iki tərəfi əlavə səylər göstərməyə çağırır.
Cari il iyulun 19-da Dağlıq Qarabağda
keçirilmiş "prezident
seçkiləri" ilə bağlı Serbiya
Respublikasının Xarici İşlər
Nazirliyi hesab edir ki, bu
seçkilər qeyri-legitimdir. BMT-nin üzvü olan dövlətlərin suverenliyinə və ərazi
bütövlüyünə hörmət edilməsi beynəlxalq
nizamın söykəndiyi əsas prinsipdir.
Buna görə bu
seçkilər regionun gələcək statusuna və münaqişənin sülh yolu ilə həllinə
nail olunması məqsədilə
aparılan danışıqlar prosesinə təsir göstərə
bilməz".
Azərbaycan.- 2012.- 22 iyul.- S. 5.