Polşa Dağlıq Qarabağda
mövcud “siyasi
reallıqlar”ı qəbul etmir
Polşa Xarici İşlər Nazirliyinin saytında rəsmi Varşavanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətilə bağlı məlumat yerləşdirilmişdir.
Polşanın Azərbaycandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, iyulun 17-18-də Bakıda rəsmi səfərdə olan Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkəsinin bu məsələ ilə bağlı mövqeyini diqqətə çatdırmışdır.
Məlumatda vurğulanmışdır ki, Polşa Azərbaycanın
ərazi bütövlüyünü
tanıyır və Dağlıq Qarabağdakı mövcud "siyasi
reallıqları" qəbul etmir.
Azərbaycan.- 2012.- 22 iyul.- S. 7.