Ağdaşda M.S.Ordubadinin
140 illik yubileyi qeyd olunmuşdur
Ağdaş Rayon Mərkəzi Kitabxanasında görkəmli yazıçı, publisist, jurnalist, ictimai xadim Məmməd Səid Ordubadinin 140 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi tanınan M.S.Ordubadinin 140 illik yubileyi münasibətilə Prezident
İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyini vurğulamışlar.
Ədibin həyat və yaradıcılığından danışan natiqlər bildirmişlər ki, M.S.Ordubadinin "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər" və ömrünün son illərində qələmə aldığı "Qılınc və qələm" romanları uzun illər Azərbaycan oxucularının sevdiyi, dönə-dönə mütaliə etdiyi əsərlər olmuşdur. Həmin əsərlər haqqında ədibin sağlığında da, ölümündən sonra da xeyli məqalələr qələmə alınmışdır. Böyük yazıçının əsərlərinin əksəriyyəti bu gün də öz aktuallığını qoruyub saxlayır. Bu da yazıçının böyük dünyagörüşündən və bənzərsiz istedadından xəbər verir.
Tədbir müzakirələrlə davam etmişdir.
Azərbaycan.- 2012.- 22 iyul.- S. 8.