Biləsuvar rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On yeddi min nəfər
əhalinin yaşadığı 6 yaşayış məntəqəsini
birləşdirən Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2012-ci il dövlət
büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə
kəndlərarası avtomobil
yollarının tikintisi və yenidən
qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 5,2 (beş
milyon iki yüz min) milyon
manatı Biləsuvar Rayon İcra Hakimiyyətinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 iyul 2012-ci il
Azərbaycan.- 2012.- 24 iyul.- S. 1.