Ağdamın erməni
hərbi birləşmələri tərəfindən
işğalından 19 il ötür
Azərbaycanın füsunkar guşələrindən olan Ağdamın erməni təcavüzkarları tərəfindən işğalının 19-cu ildönümü ilə əlaqədar rayonun girişindəki Şəhidlər abidə kompleksi qarşısında anma mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri, hərbçilər abidə kompleksi önünə gül-çiçək dəstələri düzmüş, şəhidlərin ruhuna ehtiramlarını bildirmişlər.
Mərasimdə çıxış edənlər ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışmışlar. Bildirilmişdir ki, 1993-cü il iyulun 23-də Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunmuşdur. Erməni silahlı quldur dəstələri rayonun 1154 kvadratkilometrlik ərazisinin 76,4 faizini - bir şəhər, 1 qəsəbə, 82 kəndi işğal edərək vəhşicəsinə talan etmiş, dağıtmış və ya yandırmışlar. Hərbi əməliyyatların aparıldığı dövrdə Ağdamda 6 min soydaşımız şəhid olmuşdur. Onların arasında qocalar, qadınlar və uşaqlar da vardır. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Hazırda rayonun 180 minə yaxın əhalisinin 130 mini məcburi köçkün həyatı yaşayır.
Ağdamlı məcburi köçkünlər
üçün rayonun
işğal olunmamış ərazisində
hər cür şəraitə malik 17 qəsəbə inşa
edilmişdir. Dövlətimiz tərəfindən
hər cür diqqət və qayğı
ilə əhatə olunmuş
ağdamlılar doğma torpaqlara
qayıdacaqları günü səbirsizliklə
gözləyirlər. Onlar Prezident
İlham Əliyevin münaqişənin həlli
ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəkləyirlər. Eyni zamanda, Ali
Baş Komandanın əmri ilə erməni
faşistlərinə qarşı silaha
sarılmağa hər an
hazırdırlar.
Azərbaycan.- 2012.- 24 iyul.- S. 3.