Azərbaycan da dəfələrlə soyqırımına
və terrora məruz qalmışdır
Bu fikir əsas mənzil-qərargahı Amsterdam səhərində yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Sahil Qasımovun İsrailin Niderland Krallığındakı səfirliyinə göndərdiyi məktubda yer almışdır.
BAK-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qurum Bolqarıstanın Burqas səhərində israilli turistlərin olduğu avtobusa qarşı törədilən və çoxsaylı günahsız insanın tələfatına səbəb olan terror aktı ilə əlaqədar İsrail dövlətinin Niderland Krallığının inzibati mərkəzi Haaqadakı səfirliyinə başsağlığı məktubu göndərmişdir.
Məktubda deyilir: "Azərbaycan və yəhudi xalqları arasında dostluğun tarixi qədim dövrlərə təsadüf edir. Əsrlərin sınağından çıxan bu dostluğun ənənələri bu gün də davam etdirilir.
Müxtəlif xalqları təmsil edən çoxlu sayda milli azlıqların yaşadığı Azərbaycan tolerant dövlətdir. Ölkəmiz bütün etnik qruplar kimi, yəhudi icmasının da öz dilini, dinini, mədəniyyətini, adət və ənənələrini qoruyub saxlamasına və inkişaf etdirməsinə hər cür qayğı göstərir. Azərbaycanın bu tolerantlığı dünya ictimaiyyəti tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir.
Xalqlarımız arasında mövcud dostluq əlaqələri bu gün vətənlərindən uzaqda yaşayan Azərbaycan və yəhudi icmaları arasında davam etdirilir. Hər iki diaspor yaxından əlaqə saxlayır, bir-birlərinin tədbirində iştirak edir.
Biz Bolqarıstanda İsrail vətəndaşlarına qarşı törədilən terror aktı ilə əlaqədar yəhudi xalqının keçirdiyi hissi yaxşı başa düşürük. Çünki Azərbaycan xalqı da dəfələrlə soyqırımı və terror aktlarına məruz qalmışdır. Hələ keçən əsrin əvvəllərində ermənilər azərbaycanlılara qarşı bir neçə dəfə soyqırımı həyata keçirmişlər. Vəhşiləşmiş ermənilər Azərbaycanın ərazisində yaşayan digər xalqların nümayəndələrinə belə aman verməmiş, kütləvi qırğın törətmişlər. Ermənilərin yəhudilərə qarşı törətdikləri vəhşiliyi ölkəmizin yəhudilərin yığcam şəkildə yaşadıqları Quba rayonunun ərazisində tapılmış məzarlıq da sübut edir. Ermənilər yüzlərlə yəhudini qətlə yetirmiş və öz cinayətkar əməllərini ört-basdır etməyə çalışmışlar. İllər keçəndən sonra ermənilərin günahsız yəhudilərə qarşı törətdikləri soyqırımı üzə çıxmışdır. Azərbaycan hökuməti etməni vəhşiliyinin qurbanı olan yəhudilərin dəfn edildiyi məzarlığa qayğı göstərmiş, ermənilərin qaniçənliyini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə həmin məzarlığın qorunub saxlanılması barədə göstəriş vermişdir.
Ötən əsrin sonlarında ermənilərin Bakıda törətdikləri iki terror aktı nəticəsində yüzlərlə azərbaycanlı həlak olmuşdur. Onların arasında körpə uşaqlar və başqa xalqların nümayəndələri də var idi. Azərbaycan günahsız insanların həyatına son qoyan bütün terror aktlarını həmişə qətiyyətlə pisləmişdir.
Niderland Krallığında yaşayan azərbaycanlılar Bolqarıstanın Burqas şəhərində günahsız insanların həlakı ilə nəticələnən terror aktını lənətləyir, terror qurbanlarının ailələrinin və yaxınlarının dərdinə şərik olur və dərin hüznlə başsağlığı verirlər".
BAK-ın nümayəndələri baş verən hadisə ilə əlaqədar
İsrail səfirliyinə, Niderlandda fəaliyyət göstərən yəhudi
icmalarına və Yəhudi Tarix Muzeyinə
baş çəkməyi qərara
almışlar.
Azərbaycan.- 2012.- 24 iyul.- S. 3.