Ağdamın tarixi memarlıq və arxeoloji
abidələri erməni vəhşiliyinin qurbanına çevrilmişdir
Respublikamızın dilbər guşələrindən olan Ağdam rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, kurqan, məbəd, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir.
Rayon mədəniyyət və turizm şöbəsindən AzərTAc-a bildirmişlər ki, rayon ərazisində 4 dünya, 3 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə vardır.
Xaçın-Dərbəndli kəndində
Qulu Musa oğlu türbəsi (1314-cü il), Ağdam şəhərində
məscid (1868-ci il), Şahbulaq
kəndində məbəd (VI-VIII əsrlər), Karvansara (XVIII əsr), Xanoğlan
məqbərəsi (XVII əsr), Kəngərli kəndində
məbəd (VI əsr), XIV əsrə aid
Türbə və daş
abidələr, Papravənd kəndində XVIII əsrə
aid gümbəz və məscid, Ağdam şəhərində Qarabağ xanı Pənahəli xanın imarəti
(XVIII əsr) və türbəsi (XVIII əsr), Xan qızı Xurşidbanu
Natəvanın və onun oğlunun
türbələri, onlarca digər abidələr,
həmçinin 3 mindən artıq eksponatı olan Ağdam
tarix-diyarşünaslıq muzeyi 19 ildir ki, erməni vəhşiliyinin
qurbanına çevrilmişdir. Rayon ərazisində mövcud
olan abidələr erməni
işğalçıları tərəfindən məhv edilmişdir.
Azərbaycan.- 2012.- 24 iyul.- S. 3.