Gürcüstan Azərbaycanın əmək və sosial müdafiə sahəsində təcrübəsini öyrənir

 

Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahəsində əldə olunan təcrübənin öyrənilməsi məqsədilə Gürcüstanın əmək, səhiyyə və sosial məsələlər üzrə nazirinin müavini İrakli Nadareyşvili və məşğulluq nazirinin müavini Nikolaz Ramişvili ölkəmizdə səfərdədirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, iyulun 23-də ƏƏSMN-də Gürcüstanın nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Azərbaycan və Gürcüstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bildirmişdir ki, hazırda iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı getdikcə güclənir. Xüsusilə də regional və beynəlxalq əhəmiyyətli iri iqtisadi layihələrin icrasında Azərbaycan və Gürcüstan çox fəal əməkdaşlıq edirlər.

İki ölkənin yaxın qonşuluqdostluq münasibətlərinə əsaslanan əməkdaşlığının əmək və əhalinin sosial müdafiəsi sahəsini də əhatə etdiyini qeyd edən nazir müavini İlqar Rəhimov digər sahələrdə olduğu kimi, bu sahədə də əməkdaşlığın inkişafına Azərbaycan tərəfinin xüsusi önəm verdiyini, bunun üçün nazirlik tərəfindən bütün lazımi səylərin göstəriləcəyini vurğulamışdır.

Nazir müavini İrakli Nadareyşvili Azərbaycanda əldə olunan dayanıqlı iqtisadi inkişaf dinamikasının yaxın qonşudost ölkə kimi Gürcüstan tərəfindən məmnunluq hissi doğurduğunubu gün ölkəsində də inkişaf meyillərinin davamlı xarakter aldığını diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, Gürcüstan da əmək və əhalinin sosial müdafiəsi, həmçinin məşğulluq sahəsində islahatlar aparan bir ölkədir və bu sahədə Azərbaycanda əldə olunan nailiyyətlər və mövcud təcrübənin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüşdə hər iki ölkənin nazirliklərinin fəaliyyət sahələrinə aid olan məsələlər və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilmiş, ünvanlı sosial yardım, fəal sosial tədbirlər, məşğulluq və əməyin mühafizəsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılmışdır.

Bundan əlavə, ƏƏSMN tərəfindən icra olunan sosialyönümlü layihələrin və dövlət investisiya proqramları əsasında hazırlanan sosial obyektlərin təqdimatı olmuşdur.

Daha sonra qonaqlar ƏƏSMN-də videokonfrans zalında olmuşonlar ayrı-ayrı bölgələrin sakinləri ilə distant formada əlaqə saxlamışlar.

 

 

Azərbaycan.- 2012.- 24 iyul.- S. 4.