Azərbaycanda güclü sənayeləşmə prosesi gedir

 

Azərbaycan "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın dördüncü ilinin birinci yarısını da uğurla başa vurdu. Bəs, bu uğurun təməlində nə dayanır? Hər şeydən öncə ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, düşünülmüş iqtisadi islahatlar, icra strukturlarındakı güclü nizam-intizam, xalqla iqtidar arasında heç bir qüvvənin sarsıda bilməyəcəyi qranit birlik, azərbaycançılıq fəlsəfəsi adlı mənəvi kök üstə pərvəriş tapmış və milli maraqlara söykənən uğurlu dövlətçilik konsepsiyası. Və nəhayət, ölkə başçısının həssas dövlətçilik fəhmi, zəngin siyasi rəhbər təcrübəsi, məqsədyönlü üslubu, hadisələri düzgün qiymətləndirmək və proqnozlaşdırmaq dəst-xətti... Budur həyatın bütün sahələrində qazandığımız qələbələrin başlıca meyarı.

Bu gün Azərbaycanda çox güclü sənayeləşmə prosesi gedir. Bu da qeyri- neft sektorunun inkişafına verilən diqqət və qayğının nəticəsidir. Dünyanın heç bir ölkəsində özəl sektora iqtisadisiyasi dəstək Azərbaycandakı qədər yüksək səviyyədə deyil. Dövlət başçısının Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində qeyd etdiyi kimi, altı ay ərzində ölkə iqtisadiyyatında böyük uğurlara imza atılıb. Qarşıya qoyulmuş bütün vəzifələr layiqincə icra edilib. Ümumi daxili məhsul istehsalı 1,5 faiz artıb. Bu rəqəm əvvəlki dövrlərlə müqayisədə böyük görünməyə bilər. Ancaq unutmaq olmaz ki, bu gün iqtisadiyyatın hər bir artım faizi təxminən 700 milyon dollara bərabərdir.

Bu gün ölkə vətəndaşlarını ən çox sevindirən qeyri-nefr sektorundakı nailiyyətlərdir. İqtisadi siyasətin əsas istiqaməti olan bu sahədə son altı aydakı artım 11,3 faiz olub ki, bu da dünya miqyasında ən yüksək göstərici sayıla bilər. Son yarım il qeyri-neft sənayesində də böyük uğurlarla müşayiət olunur. Sözügedən sahədə inkişaf 8,3 faiz səviyyəsindədir ki, bu da son illər yeni sənaye müəssisələrinin yaradılması, onların müasir avadanlıqlarla təchizatının nəticəsidir. 2003-cü ildən bəri təkcə regionlarda onlarca yeni sənaye müəssisəsi həyata vəsiqə alıb. Həm də elə müəssisələr ki, onların əksəriyyətinin məhsulları artıq dünyanın bir şox ölkələrinə ixrac olunur. Proses bu gündavam edir. Ölkə rəhbərinin qeyd etdiyi kimi, elə bir həftə olmaz ki, respublikamızda yeni bir fabrikzavodun bünövrəsi qoyulmasın, yaxud tikintisi başa çatdırılıb fəaliyyətinə start verilməsin. Bu da söz yox ki, ilk növbədə yeni yerlərinin açılması deməkdir. Son altı ayda 37 mini daimi olan 46 min yeni yerinin açılması dediklərimizin əyani sübutudur. Bu gün respublikamızın rayonları arasında istər tikinti-quruculuq, istər iqtisadi tərəqqi, istərsə də işsizliyin aradan qaldırılması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində sağlam bir rəqabət hökm sürür. Ölkə rəhbərliyi bu meyilləri gücləndirmək üçün Prezidentin Ehtiyat Fondundan bölgələrin inkişafına  böyük məbləğdə vəsait ayırır.

Azərbaycanda özəl sektora xüsusi dövlət qayğısı var. İstər maliyyə dəstəyi, güzəştli kreditlərin verilməsi, istərsə də özəl şirkətlərin iri layihələrin icrasına cəlb olunması artıq Azərbaycanda bir prinsipə çevrilib. Bu dövlət qayğısı regionlarımızda qeyri-neft sektorunun sürətli və dinamik inkişafına, yeni sənaye müəssisələrinin açılmasına, sahibkarların öz biznes fəaliyyətlərini daha da genişləndirmələrinə imkan yaradır. Təkcə son bir neçə il ərzində ölkə rəhbərinin şəxsən özü 34 rayonda və şəhərdə 500-ə yaxın sənaye müəssisəsinin  və müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılışında və təməlqoyma mərasimlərində iştirak edib, müəssisələrin fəaliyyəti, istehsal olunan məhsulların keyfiyyəti, orada çalışan zəhmət adamlarının sosial vəziyyətilə yaxından tanış olub. Ümumiyyətlə, 2009-cu ildən bəri Azərbaycanın sənaye xəritəsinə tam gücü ilə işləyən onlarla  yeni müəssisə daxil olub ki, bu da minlərlə vətəndaşın yerləri ilə təminatı deməkdir. Ölkə rəhbərinin məqsədyönlü siyasətinin nəticəsi olan sürətli sənayeləşmə prosesi regionların dinamik inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, vaxtilə axtarmaq üçün Rusiyaya, Türkiyəyə və digər ölkələrə getmiş minlərlə vətəndaşımızın yenidən doğma yurda qayıtmalarına və bütünlükdə ölkəmizin iqtisadi tərəqqisinə güclü təkan verib. Ötən il Sumqayıtın Texnologiya Parkında yaradılmış ağır maşınqayırma və sənaye qazları kompleksi, Qaradağdakı müasir tikinti materialları zavodu, Abşerondakı mebel və MDF istehsal edən müəssisələr öz fəaliyyətlərini uğurla davam etdirirlər. Naxçıvanda istifadəyə verilmiş biskvitşokolad, həmçinin dam örtükləri, tikiş və qarışıq yem fabrikləri, İmişlidə meyvə və bitki yağları, Samuxda meyvə qurudulması və emalı, Oğuzda qlükoza istehsalı, Ağcabədidə və Tovuzda süd emalı, Qəbələdə şirə və şərab, Xaçmazda kondensator zavodları və saymaqla qurtarmayacaq qədər digər müəssisələr də respublikamızda sənayeləşmə sahəsində atılan uğurlu addımların nəticəsi kimi dəyərləndirilməlidir. Bölgələrdə yeni sənaye müəssisələrinin yaradılması məqsədilə verilən güzəştli kreditlərin miqdarı ilbəil artır. Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına son vaxtlar regionlarda 13 istixana, 5 heyvandarlıq kompleksi, 23 quşçuluq fabriki, 14 soyuducu və taxıl anbarı, 8 çörək, 5 süd, 3 ət emalı, 4 konserv zavodu inşa edilib.

Bu yaxınlarda Quba-Xaçmaz zonasında yeni ət emalı müəssisəsinin inşası nəzərdə tutulub. Həmin müəssisə istifadəyə verildikdən sonra heyvandarlıqla məşğul olan fermerlərin öz məhsullarını satmaq üçün daha Bakıya gəlmələrinə ehtiyac qalmayacaq. Həmçinin Quba-Xaçmaz zonasında yeni meyvə-tərəvəz emalı müəssisəsi də yaradılacaq. Uzun illərdən bəri öz yüksək keyfiyyətli məhsulları ilə dünyanın bir çox ölkələrində şöhrət qazanmış "Qafqaz" konserv zavodunun emal gücünü də 7 min ton artırmaq nəzərdə tutulub.

Bu gün respublikamızda yeni sənaye parklarının yaradılması sahəsində də uğurlu addımlar atılır. Sumqayıt Texnoparkı öz fəaliyyət meydanını ilbəil genişləndirir. Bundan əlavə, Qaradağ rayonunda yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması və ümumiyyətlə, bu rayonun respublikamızın ən böyük sənaye mərkəzlərindən birinə çevrilməsi sahəsində uğurlu addımlar atılır. Söz yox ki, bir-birinin ardınca həyata vəsiqə alan yeni sənaye müəssisələrinin  fəaliyyəti ölkənin iqtisadi inkişaf dinamikasına öz müsbət təsirini göstərəcək.

 

 

Zeynal VƏFA

 

Azərbaycan.- 2012.- 24 iyul.- S. 4.