Strateji Araşdırmalar Mərkəzi cari ilin ilk
altı ayındakı fəaliyyətinə dair
hesabat təqdim etmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) cari ilin ilk 6 ayında fəaliyyətinə dair hesabat təqdim etmişdir.
SAM-dan AzərTAc-a bildirmişlər ki, hesabat dövründə bir neçə kitab layihələri üzərində iş yekunlaşmışdır. Azərbaycanda rus dilində "Azərbaycan müstəqillik yolunda (Analitik icmal)" adlı məqalələr toplusu və ABŞ-da ingilis dilində "Cənubi Qafqaz 2021: neft, demokratiya və geosiyasət" kitabı nəşr edilmişdir. "Strateji təhlil" jurnalının 4-cü nömrəsi və ingilis dilində Türkiyədə nəşr edilən "Caucasus International" jurnalının növbəti nömrəsi işıq üzü görmüşdür.
Hesabatda qeyd edilmişdir ki, yanvar-iyun aylarında SAM tərəfindən 13-ü Azərbaycanda olmaqla on səkkiz müxtəlif tədbir təşkil edilmişdir.
Sənəddə vurğulanmışdır ki, hesabat dövründə bir neçə elmi-tədqiqat layihəsi başa çatdırılmışdır. "Azərbaycanda orta sinif: sosial-iqtisadi və siyasi aspektlər" və "Azərbaycanda siyasi partiya və hərəkatlarda gənclərin ictimai-siyasi fəallığı və təşkilatlanma səviyyəsi" mövzularında keçirilmiş sosioloji sorğular nümunə olaraq qeyd edilmişdir.
Cari ilin ilk altı ayı ərzində SAM əməkdaşları tərəfindən 55 qapalı xarakter daşıyan arayış və eləcə də hesabatlar hazırlanmış, xarici ölkələrin və Azərbaycanın elmi jurnallarında, mətbuatında və elektron mediasında 127 məqalə çap edilmiş və 10 müsahibə verilmişdir.
Bu dövrdə beynəlxalq əməkdaşlıq çərçivəsində 9 beyin mərkəzi ilə memorandum və sazişlər imzalanmışdır.
Hesabat dövründə SAM-ın əməkdaşları Rusiya, Türkiyə, Fransa, Böyük Britaniya, Ukrayna, Moldova, Qazaxıstan, ABŞ, Polşa, Gürcüstan, İsrail, Yunanıstan, Bolqarıstan, Niderland, Avstriya və BƏƏ-də 52 dəfə xarici ezamiyyətlərdə olmuşlar. Bütün bu ezamiyyətlər dövründə SAM-ın əməkdaşları müxtəlif konfrans və tədbirlərdə məruzəçi kimi çıxış etmiş, işgüzar görüşlərə qatılmış, elmi-təşkilati işlər planına uyğun olaraq qurumun xarici tərəfdaşları ilə birgə bir sıra tədbirlər keçirmişlər.
Hesabatın sonunda
əldə edilən nailiyyətlərə toxunularaq
bildirilmişdir ki,
SAM-ın iqtisadiyyatın təhlili və qloballaşma
məsələləri şöbəsinin baş
elmi işçisi Vüsal Qasımlının "Valyutamagedon: beynəlxalq maliyyə
arxitekturasının məhək daşı"
başlıqlı analitik məqaləsi
"G-Global platformasının ən
yaxşı məqaləsi" nominasiyasında üçüncü yeri
tutmuşdur. SAM ekspertinin məqaləsi yeni
dünya maliyyə sistemi
və vahid dünya
valyutasının yaranması işinə töhfə kimi qəbul edilmiş və
yazıdakı tezislər də nəzərə alınmaqla
hazırlanmış yol xəritəsi
"Böyük 20-lik ölkələri"nə
təqdim edilmişdir.
Azərbaycan.- 2012.- 24 iyul.- S. 7.