Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Dörd min nəfər əhalinin
yaşadığı 11 yaşayış məntəqəsini
birləşdirən Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2012-ci il dövlət
büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi
və yenidən qurulması üçün
nəzərdə tutulmuş vəsaitin
7,5 (yeddi milyon beş yüz min) milyon
manatı Şabran Rayon
İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul
2012-ci il
Azərbaycan.- 2012.- 25 iyul.- S. 2.