Şimali Kiprin Azərbaycan
nümayəndəliyinin rəhbəri Mətbuat
Şurasında olmuşdur
İyulun 24-də Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Şimali Kiprin Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu ilə görüşmüşdür.
MŞ-dən AzərTAc-a bildirmişlər ki, görüşdə Şimali Kipr mediası ilə Azərbaycanın kütləvi informasiya vasitələri arasında əlaqələrin hazırkı vəziyyətinə dair müzakirələr aparılmışdır.
Ə.Amaşov Şimali Kipr Azərbaycan nümayəndəliyinin rəhbərinin ölkəmizdə fəaliyyəti dövründə KİV-nin daim diqqətində olan şəxsə çevrildiyini vurğulamışdır.
Ölkəmizdəki diplomatik
missiyası başa çatan
Z.Qazioğlu
Azərbaycan mediası ilə əlaqələrindən
danışmış, KİV-nin Şimali Kipr həqiqətlərinin
çatdırılmasında fəal mövqe
nümayiş etdirdiyini
bildirmişdir.
Azərbaycan.- 2012.- 25 iyul.- S. 2.