Qondarma “Dağlıq Qarabağ respublikasında keçirilən seçkilər” heç nəyi dəyişməyəcəkdir
Qondarma "Dağlıq Qarabağ respublikası" beynəlxalq aləmdə tanınmır. AzərTAc xəbər verir ki, bu sözləri Rusiyanın tanınmış politoloqu Sergey Markedonov "Exo Moskvı" radiosuna müsahibəsində demişdir.
S.Markedonov bildirmişdir
ki, qondarma "prezident seçkiləri" dünyanın
aparıcı siyasətçilərinin
danışıqlarında müzakirə mövzusu
olmur. Həm Qərb, həm də Rusiya Azərbaycan ilə münasibətləri
pozmaq fikrində deyil.
Ümumiyyətlə, "seçkilərə" hüquqi cəhətdən yanaşdıqda bu haqda danışmaq üçün söz
belə yoxdur. "Seçkiləri"
müşahidə edən missiyaya gəldikdə
isə qeyd etmək lazımdır ki, orada Uruqvaydan,
Argentinadan və erməni lobbisinin
çox olduğu başqa uzaq ölkələrdən
nümayəndələr iştirak
etmişlər. Lakin onların heç biri dövlətin
rəsmi mövqeyini əks etdirmir. Bunun üçün onların nə səlahiyyətləri,
nə də ixtiyarları var. Odur ki, bu
"seçkilər" heç nəyi
dəyişməyəcəkdir.
Azərbaycan.- 2012- 25 iyul.- S. 2.