İran XİN: Dağlıq Qarabağda qondarma prezident seçkiləri heç bir müsbət nəticə verməyəcəkdir

 

İyulun 19-da Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident seçkiləri" Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından heç bir müsbət nəticə verməyəcəkdir.

Bu fikri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst iyulun 24-də keçirdiyi brifinqdə söyləmişdir.

R.Mehmanpərəst demişdir: "Nə qədər ki, regionda böhran davam edir və Azərbaycan ilə Ermənistan arasında danışıqlar uğur qazanmamışdır, belə "seçkilər" heç bir müsbət nəticə verməyəcəkdir". 

 

 

Sabir ŞAHTAXTLI

 

Azərbaycan.- 2012.- 25 iyul.- S. 2.