Azərbaycan sizdən qələbə
gözləyir
London Yay Olimpiya
Oyunlarına 16 idman növü
üzrə 53 atletimiz lisenziya
qazanıb
Elxan MƏMMƏDOV
26.02.1982
İdman
növü: cüdo
Çəkisi:
90 kq
İdman nailiyyətləri: Avropa
çempionatının üçüncüsü, Dünya
kuboku və Qran-pri turnirinin mükafatçısı (2009),
dünya çempionatının üçüncüsü,
Dünya kubokunun və Qran-pri turnirinin
mükafatçısı (2010, 2011, 2012). Reytinq cədvəlində
on birinci pillədə qərarlaşaraq London Yay Olimpiya
Oyunlarına lisenziya qazanıb.
Həsən ƏLİYEV
14.11.1989
İdman
növü: yunan-Roma güləşi
Çəkisi:
60 kq
İdman
nailiyyətləri: Gənclər arasında dünya
birinciliyinin qalibi (60 kq, 2009); 2008 və 2009-cu illərdə
keçirilən Avropa birinciliklərinin qalibi; böyüklər
arasında dünya çempionu (2010); Avropa
çempionatının qızıl (2010) və bürünc
mükafatçısı (2011).
Camal RƏHİMOV
16.09.1987
İdman
növü: atçılıq (konkur)
Çəkisi: 70 kq
İdman nailiyyətləri: Heydər
Əliyev kuboku beynəlxalq turnirinin qalibi (2011), "Selection Trials for Olympic Games
London-2012" beynəlxalq turnirində III yer
(2011), "Novruz" kuboku
beynəlxalq turnirinin qızıl
mükafatçısı (2011), Dünya kubokunun Qran-pri mərhələsinin
qalibi (2011), Qran-pri
yarışlarında III yer (2011), Qran-pri yarışlarının gümüş mükafatçısı
(2011), "Həmrəylik" kubokunda I yer (2011), Yeni il kubokunda III yer (2012)
Məhəmməd ƏBDÜLHƏMİDOV
16.11.1987
İdman növü: boks
Çəkisi: 56 kq
İdman nailiyyətləri:
2011-ci ildə neft ölkələri arasında keçirilən
Dünya kuboku uğrunda yarışda I yer,
London-2012-yə vəsiqəni Trabzonda
keçirilən lisenziya turnirində ikinci yeri tutaraq
qazanıb.
Boyanka KOSTOVA
10.05.1993
İdman növü: ağırlıqqaldırma
Çəkisi: 58 kq
İdman nailiyyətləri: 2009-cu ildə Tailandda keçirilən yeniyetmələr arasında
dünya birinciliyi - I yer, 2010-cu
il Belarusda keçirilən
kişilər və qadınlar arasında Avropa
çempionatı - II yer, 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin
I Yay Olimpiya Oyunları - I yer.
2011-ci ildə
Fransanın paytaxtı Parisdə keçirilən kişilər
və qadınlar arasında dünya
çempionatı - VIII yer, 2012-ci ildə
Türkiyənin Antalya şəhərində
keçirilən kişilər və qadınlar arasında Avropa çempionatı - I yer.
London Olimpiadasına vəsiqəni
Türkiyədə (2011, 2012) və Fransada
(2011) keçirilən lisenziya xarakterli yarışların yekunlarına əsasən
əldə edib.
Yelena ÇALIX
25.03.1974
İdman növü: velosiped
Çəkisi: 58 kq
İdman nailiyyətləri:
Dünya kuboku mərhələsinin
qalibi, 1998; Avropa çempionu, İspaniya,
2008; dünya çempionatında 13-cü
yer, Danimarka, 2011.
Fəridə ƏZİZOVA
06.06.1995
İdman növü: taekvondo
Çəkisi: 67 kq
İdman nailiyyətləri: 2009-cu ildə
Xorvatiyada keçirilən yeniyetmələr arasında
yarışda Avropa çempionu adını qazanıb. 2008-ci
ildə Türkiyədə gənclər arasında təşkil
edilən dünya brinciliyində üçüncü olub. 7
qat ölkə çempionudur. 2011-ci ildə Bakıda
keçirilən dünya lisenziya turnirində ikinci yeri tutaraq
London-2012-yə vəsiqə qazanıb.
Maksim PROKOPENKO
23.03.1984
İdman
növü: avarçəkmə (kanoe)
Çəkisi: 87 kq
İdman nailiyyətləri: II
Dünya kuboku uğrunda yarışın gümüş
mükafatçısı (500 m, 1000 m), Polşa, 2009; Avropa çempionatının bürünc
mükafatçısı (500 m), Polşa 2009; Avropa
çempionatının qalibi (1000 m) və gümüş
mükafatçısı (500 m, 200 m), Almaniya, 2010; Dünya kubokunun qalibi (500 m), Almaniya, 2010; Dünya
çempionatının gümüş
mükafatçısı (500 m), Polşa, 2010; I Dünya kubokunun qalibi (1000 m, 500 m), Polşa,
2011; Dünya çempionatının gümüş mükafatçısı (500
m), Macarıstan, 2011; Avropa
çempionatının gümüş
mükafatçısı (500 m), Serbiya, 2011; III Dünya kubokunun gümüş
mükafatçısı (1000 m), Almaniya, 2011. London
Olimpiadasına vəsiqəni Macarıstanda keçirilən lisenziya xarakterli dünya çempionatında qazanıb.
Camaləddin MAQOMEDOV
14.03.1989
İdman növü: sərbəst güləş
Çəkisi: 120 kq
İdman nailiyyətləri:
Gənclər
arasında Avropa çempionu,
dünya çempionatının gümüş mükafatçısı
(2009).
London Yay Olimpiya Oyunlarına lisenziyanı 2011-ci ildə
Türkiyənin İstanbul şəhərində
keçirilən dünya
çempionatında qazanıb.
Toğrul ƏSGƏROV
17.09.1992
İdman növü: sərbəst güləş
Çəkisi: 60 kq
İdman nailiyyətləri: Gənclər
arasında Avropa çempionu
(2010), dünya birinciliyinin
qalibi (2011), böyüklər arasında dünya çempionatının gümüş mükafatçı (2010), Avropa çempionu (2012). London Yay Olimpiya
Oyunlarına lisenziyanı Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa təsnifat turnirində qazanıb.
Valentin
XRİSTOV
30.03.1994
İdman növü: ağırlıqqaldırma
Çəkisi: 56 kq
İdman nailiyyətləri: 2011-ci ildə Fransanın
paytaxtı Parisdə keçirilən kişilər və
qadınlar arasında dünya
çempionatı - III yer, 2011-ci ildə
Türkiyənin Antalya şəhərində
keçirilən Antalya kişilər və
qadınlar arasında Avropa
çempionatı- I yer, gənclər
arasında Avropa, yeniyetmələr arasında
dünya rekordçusu.
London Olimpiadasına vəsiqəni
Türkiyədə (2011, 2012) və Fransada
(2011) keçirilən lisenziya xarakterli yarışların yekunlarına əsasən
əldə edib.
Yuliya RATKEVİÇ
16.07.1985
İdman növü: qadın güləşi
Çəkisi: 55 kq
İdman nailiyyətləri:
Dünya çempionu
(2009), dünya çempionatının gümüş mükafatçısı
(2010), Avropa çempionu
(2011). London Yay Olimpiya Oyunlarına lisenziyanı
Bolqarıstanın paytaxtı Sofiya şəhərində
keçirilən Avropa təsnifat turnirində
əldə edib.
Valentin DEMYANENKO
23.10.1983
İdman növü: avarçəkmə (kanoe)
Çəkisi: 97 kq
İdman nailiyyətləri:
I Dünya kubokunun qalibi (200 m, 500 m), Macarıstan,
2008; II Dünya kubokunun
qalibi (500 m), Polşa,
2009; Dünya çempionu
(200 m), Polşa, 2009; III Dünya
kubokunun gümüş
mükafatçısı (200 m), Polşa, 2011; Avropa çempionu (200 m), Serbiya,
2011; Dünya çempionu
(200 m), Macarıstan, 2011. London
Olimpiadasına vəsiqəni
Macarıstanda keçirilən
lisenziya xarakterli dünya çempionatında
qazanıb.
Layeş ABDULLAYEVA
29.05.1991
İdman növü: atletika (3 min və 5 min məsafələri maneələrlə
qaçış)
Çəkisi: 48 kq
İdman nailiyyətləri:
Gənclər arasında keçirilən
dünya çempionatının
bürünc mükafatçısı,
Kanada, 2010; gənclər
arasında ikiqat Avropa çempionu, Çexiya, 2011.
Azərbaycan.- 2012.- 25 iyul.- S.
4.