Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli
Ensiklopediyası” Elmi
Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Milli Elmlər Akademiyasının "Azərbaycan Milli
Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının
tikintisi üçün Azərbaycan Respublikasının
2012-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 5,0
(beş) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3. Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət Heyəti
ayrılmış vəsaitin aidiyyəti üzrə istifadəsinə
nəzarəti təmin etsin.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 iyul 2012-ci il
Azərbaycan.- 2012.- 26 iyul.- S. 1.