Almaniya Bundestaqının üzvləri
Dağlıq Qarabağda keçirilmiş
qondarma “prezident
seçkiləri”nə dair bəyanat yaymışlar
Almaniya Xristian Demokratlar İttifaqı Xristian Sosialistlər Birliyi-Federal fraksiyasının xarici siyasət üzrə məruzəçisi Filipp Missfelder və xarici məsələlər üzrə bölməsinin rəhbəri Karl-Qeorq Vellmann işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yaymışlar.
Avropa Azərbaycan Cəmiyyətindən AzərTAc-a verilən məlumata görə, bəyanatda qeyd olunur ki, cari il iyulun 19-da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri" münaqişənin sülh yolu ilə həllinə nail olmaq istiqamətində beynəlxalq birliyin cəhdlərinə ağır bir zərbədir. Beynəlxalq birlik beynəlxalq hüquqa əsaslanaraq Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi hesab edir.
Almaniya Avropa İttifaqının bu məsələ ilə bağlı məlum bəyanatına qoşulur və hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin uzun müddət davam edən nizamlanma prosesi yalnız sülh yolu ilə həll oluna bilər. Bundan əlavə, nə Almaniya, nə də Avropa İttifaqı 2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş qondarma "parlament seçkiləri"ni də tanımır.
Bəyanatın müəllifləri
bildirmişlər ki, Dağlıq Qarabağ münaqişəsinin 20-ci ildönümü bu məsələ
barədə düşünmək və onun
həlli prosesi barədə yeni fikir söyləmək
üçün bir
fürsətdir. ATƏT-in Minsk qrupu, NATO və BMT Dağlıq Qarabağ münaqişəsinə diqqəti daha da
artırmalıdırlar.
Azərbaycan.- 2012.- 26 iyul.- S. 1.