Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin “Yay
məktəbləri”nə start verilmişdir
İyulun 2-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin "Yay məktəbləri"nə start verilmişdir. YAP Gənclər Birliyinin sədri Seymur Orucov AzərTAc-a bildirmişdir ki, builki "Yay məktəbləri"ndə partiyanın üzvləri ilə yanaşı, digər fəal gənclər də iştirak edəcəklər.
Bu layihənin 2007-ci ildən
həyata keçirildiyini deyən S.Orucovun bu il
tədbirin keçirilmə qaydalarının daha
da təkmilləşdirildiyini bildirmişdir. Layihədə iştirak
edən gənclər həm Bakı şəhərini, həm
də bölgələri təmsil edirlər. Hər il olduğu kimi, bu dəfə də
"Yay məktəbləri" ölkəmizin
gözəl guşələrində təşkil olunur. Gənclərin qalacağı hotellərdə
hər cür şərait vardır, onlar bu hotellərin bütün xidmətlərindən istifadə
edə biləcəklər. Layihənin məqsədi ondan ibarətdir ki, gənclər
həm asudə vaxtlarını yaxşı keçirsinlər,
həm bir-biri ilə təmas, münasibət
qursunlar. Onlar üçün intellektual
və əyləncəli yarışlar da
təşkil olunacaqdır. Eyni zamanda burada
partiyamızı təmsil edən deputatlar,
Milli Məclisin komitə sədrləri,
eləcə də hökumət nümayəndələri gənclərin
qonağı olacaqlar. Onlar
müxtəlif mövzular ətrafında
fikirlərini bölüşəcək, gəncləri
maraqlarından suallara cavab
verəcəklər.
Azərbaycan.- 2012.- 3 iyul.- S. 3.