Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
Xarici işlər naziri Elmar Məmmədyarovun Kolumbiyaya səfəri çərçivəsində Azərbaycan və Kolumbiya nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilmişdir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Kolumbiya nümayəndə heyətinə bu ölkənin xarici işlər naziri Maria Angela Holguin Cuellar başçılıq etmişdir.
Görüşdə iki tərəfdən
olan iş adamları
arasında məsləhətləşmələr
aparılmış, Azərbaycan-Kolumbiya əməkdaşlığının inkişaf
perspektivləri müzakirə olunmuşdur.
Sonda nazirlər mətbuat konfransı
keçirmişlər.
Azərbaycan.- 2012.- 26 iyul.- S. 2.