Azərbaycan sizdən qələbə gözləyir

 

 

London Yay Olimpiya Oyunlarına 16 idman növü üzrə 53 atletimiz lisenziya qazanıb

 

 

Məhəmmədrəsul MƏCİDOV

 

27.09.1986

 

İdman növü: Boks

 

Çəkisi: + 91 kq

 

İdman nailiyyətləri:

 

Dünya çempionu. London-2012-yə lisenziyanı 2011-ci ilin oktyabrında Bakıda keçirilən dünya çempionatında qazanıb.

 

 

Əfqan BAYRAMOV

 

14.10.1983

 

İdman növü: ağırlıqqaldırma

 

Çəkisi: 69 kq

 

İdman nailiyyətləri: 2007-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən kişilər və qadınlar arasında Avropa çempionatı - IV yer, 2009-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kişilər və qadınlar arasında Avropa çempionatı - IV yer, 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən   kişilər və qadınlar arasında Avropa çempionatı - I yer.

London Olimpiadasına vəsiqəni Türkiyədə (2011, 2012) və Fransada (2011) keçirilən lisenziya xarakterli yarışrda əldə edib.

 

 

Kifayət  QASIMOVA

 

01.02.1983

 

İdman növü: cüdo

 

Çəkisi: 57 kq

 

İdman nailiyyətləri:

 

Avropa çempionatında  ikinciüçüncü yer, Dünya kubokunun mükafatçısı (2006, 2007), dünyaAvropa çempionatının bürünc mükafatçısı, (2008-2009), Dünya kuboku və "Böyük dəbilqə" turnirində bürünc medal (2010), Qran-pri turnirinin qalibi, Dünya kuboku uğrunda yarışda ikinci yer (2011), Qran-pri turnirinin qalibi (2012). Reytinq cədvəlində on ikinci pillədə qərarlaşaraq London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

 

 

Şərif ŞƏRİFOV

 

11.11.1988

 

İdman növü: sərbəst güləş

 

Çəkisi: 84 kq

 

İdman nailiyyətləri:

 

2009-cu ildə böyüklər arasında keçirilən dünya çempionatında bürünc medal; Avropa çempionatlarının gümüşbürünc mükafatçısı (2010-2011); Dünya çempionatında birinci yer (2011).

London Yay Olimpiya Oyunlarına lisenziyanı 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında qazanıb.

 

 

Mariya STADNİK

 

03.06.1988

 

İdman növü: qadın güləşi

 

Çəkisi: 48 kq

 

İdman nailiyyətləri: 2008-ci ildə gənclər və böyüklər arasında keçirilən Avropa çempionatında birinci yer; Pekin-2008-in üçüncüsü; Qızıl Qran-pri turnirinin qalibi, Avropa və dünya çempionatının birincisi; Qızıl Qran-pri turnirinin üçüncüsü (2009); 2011-ci ildə Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qızıl medal; Avropa çempionatının qızıl mükafatçısı; Avstriya açıq çempionatının, Qızıl Qran-pri turnirinin birincisi; Dünya çempionatında gümüş medal; FİLA test turnirinin birincisi.  London Yay Olimpiya Oyunlarına lisenziyanı 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında qazanıb.

 

 

Elmar QASIMOV

 

02.11.1990

 

İdman növü: cüdo

 

Çəkisi: 100 kq

 

İdman nailiyyətləri:  Avropa çempionu, beynəlxalq yarışların mükafatçısı (2009); qitə çempionatının üçüncüsü, Avropa kubokunun mükafatçısı (2010), Dünya kuboku uğrunda yarışda üçüncü (2011), Avropa çempionatının bürünc mükafatçısı (2012). Reytinq cədvəlində otuzuncu yerdə qərarlaşaraq London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

 

Yevgeni LAZUKA

 

19.04.1989

 

Çəkisi: 85 kq

 

İdman növü: üzgüçülük (100 metr, baterflyay)

 

İdman nailiyyətləri: Yeniyetmələr arasında 50 metr məsafə üzrə yarışlarda dünya çempionu (2006). Pekin-2008 Yay Olimpiadasının iştirakçısı. Su idman növləri üzrə dünya çempionatının iştirakçısı (2011). London Olimpiadasında iştirak etmək üçün Beynəlxalq Üzgüçülük Federasiyası (FİNA) tərəfindən dəvət alıb.

 

 

Aleksandr ALEKSANDROV

 

09.04.1990

 

İdman növü: akademik avarçəkmə

 

Çəkisi: 73 kq

 

İdman nailiyyətləri:

 

Dünya çempionatında 9-cu yer (2000 m), Sloveniya, 2011. London Olimpiadasına lisenziyanı Sloveniyada keçirilən lisenziya xarakterli dünya çempionatında qazanıb.

 

 

Veliçko ÇOLAKOV

 

12.01.1982

 

İdman növü: ağırlıqqaldırma

 

Çəkisi: 105 kq

 

İdman nailiyyətləri:

 

 2002-ci ildə gənclər arasında dünya çempionatının gümüş mükafatçısı, 2003-cü ildə Kanadanın Vankuver şəhərində keçirilən kişilər və qadınlar arasında dünya çempionatı-II yer, 2004-cü ildə Afina Yay Olimpiya Oyunları -III yer.

London Olimpiadasına vəsiqəni Türkiyədə (2011, 2012) və Fransada (2011) keçirilən lisenziya xarakterli yarışların yekunlarına əsasən əldə edib.  

 

 

Soltan MİGİTİNOV

 

17.09.1988

 

İdman növü: Boks

 

Çəkisi: 75 kq

 

 

İdman nailiyyətləri:

 

Şamil Umaxanov turnirinin mükafatçısı (Mahaçqala, Rusiya), WSB liqasının fərdi yarışlarının finalçısı, London-2012-yə lisenziyanı WSB liqası yarışında qazanıb (2011, iyun).

 

 

Oksana HƏTƏMXANOVA

 

29.06.1990

 

İdman növü: üzgüçülük (100 metr, brass)

 

Çəkisi: 52 kq

 

İdman nailiyyətləri:

 

Pekin-2008 Yay Olimpiya Oyunlarının iştirakçısı. Su idman növləri üzrə dünya çempionatının iştirakçısı (2011). London Olimpiadasında iştirak etmək üçün Beynəlxalq Üzgüçülük Federasiyası (FİNA) tərəfindən dəvət alıb.

 

 

Əşrəf ƏLİYEV

 

29.07.1986

 

İdman növü: sərbəst güləş

 

Çəkisi: 74 kq

 

İdman nailiyyətləri:

 

Hərbçilər arasında keçirilən dünya çempionatının bürünc mükafatçısı (2010); 2011-ci ildə təşkil olunan dünya çempionatının üçüncüsü (2011). London Yay Olimpiya Oyunlarına lisenziyanı 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında qazanıb.

 

 

Natalya MUSTAFAYEVA

 

11.08.1985

 

İdman növü: akademik avarçəkmə

 

Çəkisi: 67 kq

 

İdman nailiyyətləri:

 

Dünya çempionatında 7-ci yer (2000 m), Sloveniya, 2011. London Olimpiadasına lisenziyanı Sloveniyada keçirilən lisenziya xarakterli dünya çempionatında qazanıb.

 

 

Səbinə MİKİNA

 

24.10.1987

 

İdman növü: qılıncoynatma

 

Çəkisi: 53 kq

 

İdman nailiyyətləri: 2008-2009-cu illərdə böyüklər arasında keçirilən rapira yarışlarında birinci yer; 2009-2010-cu illərdə böyüklər arasında keçirilən rapira yarışlarında ikinci yer. London Olimpiadasına lisenziyanı Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Olimpiya təsnifat turnirində əldə edib.

 

 

Azərbaycan.- 2012.- 26 iyul.- S. 5.