IDEA Kampaniyası
Beynəlxalq Təhsil üzrə Amerika
Şurasında “Yer
kürəsi uşaqların gözü
ilə” Beynəlxalq fotomüsabiqəsinin
təqdimatını keçirmişdir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 12-də başladılmış IDEA (Ətraf Mühitin Qorunması naminə Beynəlxalq Dialoq) Kampaniyası öz fəaliyyətini təşviq etməklə yanaşı, ətraf mühit məsələlərinə həssas yanaşan tərəfdarlarının sayını artırmaqda davam edir.
Bununla əlaqədar olaraq, iyulun 25-də IDEA Kampaniyasının nümayəndələri tərəfindən Beynəlxalq təhsil üzrə Amerika Şurasında ABŞ-ın Gənc Liderlik Proqramının iştirakçıları üçün kampaniyanın reallaşdırdığı "Yer kürəsi uşaqların gözü ilə" Beynəlxalq fotomüsabiqəsinin təqdimatı keçirilmişdir.
IDEA Kampaniyasından AzərTAc-a bildirmişlər ki, təqdimat zamanı amerikalı yeniyetmələr İDEA-nın yaranma tarixi, məqsəd və hədəfləri haqqında məlumatlandırılmışlar.
ABŞ-ın 25-ə yaxın müxtəlif
ştatlarından olan yeniyetmələr
IDEA Kampaniyasına böyük maraq göstərmiş və görüş
zamanı məmnuniyyətlə kampaniyaya qoşulmaq haqqında niyyətlərini
bildirmişlər. Bundan əlavə, yeniyetmələr "Yer
kürəsi uşaqların gözü
ilə" Beynəlxalq fotomüsabiqəsində iştirak etmək üçün
qoyulan şərtlər haqqında daha ətraflı məlumat aldıqdan sonra kampaniyanın nümayəndələrinə
birmənalı olaraq müsabiqəyə
qatılacaqlarını da
çatdırmışlar.
Azərbaycan.- 2012.- 26 iyul.- S. 6.