Azərbaycan idmançılarının növbəti heyəti Londona yola düşmüşdür

 

 İyulun 26-da Azərbaycan idmançılarından ibarət növbəti nümayəndə heyəti XXX Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Böyük Britaniyanın paytaxtı Londona yola düşmüşdür.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda onları bir sıra idman federasiyalarının rəhbərləri və idmansevərlər təntənə ilə yola salaraq uğurlar arzulamışlar.

Londona ağır atletlərimiz Əfqan Bayramov, Sərdar Həsənov, İntiqam Zairov, Veliçko Çolakovvelosipedçimiz Yelena Çalıx yola düşmüşlər.

İdmançılardan ibarət ilk heyət iyulun 24-də Londona yollanmış, növbəti heyət isə avqustun 2 və 4-də gedəcəkdir.

İyulun 27-dən avqustun 12-dək Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycanı 16 idman növü üzrə 53 idmançı təmsil edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 27 iyul.- S. 1.