Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 158 Bakı şəhəri, 26 iyul 2012-ci il

 

"Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin Siyahısı"nın, "İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş Qaydaları"nın, "İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları"nın, "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri"nin "Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri Qaydaları"nın təsdiq edilməsi haqqında

 

 "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 323-IVQD nömrəli Qanununun tətbiqi "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 623 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin Siyahısı", "İnformasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş Qaydaları", "İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları", "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri" "Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2012.- 27 iyul.- S. 2.