Haqq ödənilməklə
göstərilən informasiya xidmətlərinin
Siyahısı
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 26 iyul tarixli 158 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1. İnformasiya sahibi sorğuçuya
aşağıdakı hallarda haqq ödənilməklə informasiya
xidmətləri göstərir:
1.1. sorğuçuya artıq müvafiq
informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə
etmək zərurəti əsaslandırılmayıbsa;
1.2. sorğu edilən informasiya irihəcmli
olduqda və ya sorğunun icrası informasiya sahibinin üzərinə
qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə
ciddi maneə yaratdıqda və yaxud əsassız
böyük məsrəflərə səbəb olduqda;
1.3. sorğunun icrasını bir dəfəyə
təmin etmək mümkün olmadıqda;
1.4. sorğunun icrası informasiyanın sistemləşdirilməsi,
təhlil edilməsi və ya sənədləşdirilməsi
ilə əlaqədar xeyli vaxt tələb etdikdə.
Azərbaycan.- 2012.- 27 iyul.- S. 2.