İnformasiyanın
hazırlanıb təqdim olunmasına görə ödəniş
Qaydaları
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 158
nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Bu
Qaydalar "İnformasiya əldə etmək haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 20 aprel tarixli 323-IVQD nömrəli Qanununun tətbiqi və
"İnformasiya əldə etmək haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 623 nömrəli
Fərmanının 1.1.3-cü yarımbəndinə uyğun
olaraq hazırlanmışdır və informasiyanın
hazırlanıb təqdim olunmasına görə ödəniş
qaydalarını müəyyən edir.
2. İnformasiya sahibi tərəfindən
informasiya xidməti üçün haqq alına bilər, bu
şərtlə ki, ödəniş məbləği
informasiyanın hazırlanması və təqdim edilməsi
üçün çəkilən xərcdən artıq
olmasın.
3. Təqdim olunan informasiyanın həcmi
aşağıdakılardan artıq olduqda, onun
hazırlanıb təqdim edilməsinə görə ödəniş
alınır:
3.1. 10 vərəq -A4 formatından;
3.2. 5 vərəq - A3 formatından;
3.3. 2 vərəq - A2 formatından;
3.4. 1 vərəq - A2 formatından
böyük;
3.5. 1 meqabayt - elektron variantda təqdim
olunduqda.
4. Bu
Qaydaların 3-cü hissəsində qeyd olunan həcmdən
artıq informasiya təqdim edildikdə informasiyanın göndərilməsinə,
müxtəlif daşıyıcılarda təqdim edilməsinə,
poçt xidmətlərinin göstərilməsinə və
eyni zamanda, sənədlərin surətlərinin və
materialların hazırlanmasına görə informasiya alan
ödəniş etməlidir.
5.
İnformasiya sorğuçu tərəfindən
informasiyanın hazırlanıb təqdim olunmasına görə
məsrəflər tam ödənildikdən sonra təqdim
edilir.
6.
İnformasiya sahibi sorğuçuya yanlış və ya tam
olmayan informasiya təqdim etdikdə, sorğuçunun ərizəsi
əsasında əlavə ödəniş edilmədən
düzəlişlər edilir.
7. İnformasiyanın əldə edilməsi
üçün ödəniş bank, poçt, plastik kart və
ya internet vasitəsilə həyata keçirilə bilər.
Azərbaycan.- 2012.- 27 iyul.- S. 2.