İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə halları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

1. İnformasiya sahibi sorğuçuya haqqı qabaqcadan ödənilməklə aşağıdakı hallarda informasiyanı təqdim edir:

1.1. informasiyanın hazırlanaraq təqdim edilməsi  məsrəf tələb etdikdə;

1.2. informasiyanın hazırlanaraq təqdim edilməsi üçün avadanlıqların alınması tələb olunduqda;

1.3. informasiyanın hazırlanaraq təqdim edilməsi üçün əlavə işçinin cəlb edilməsi tələb olunduqda.

 

 

Azərbaycan.- 2012.- 27 iyul.- S. 2.