Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

1. İnformasiya sahibi informasiyanın verilməsi ilə əlaqədar aşağıda göstərilən şəxslər barədə güzəştli şərtlər müəyyən edə bilər:

1.1. elmi fəaliyyətlə məşğul olmaq üçün informasiya əldə edən şəxslərə;

1.2.  ali təhsil müəssisələrində  təhsil alan tələbələrə.

2. İnformasiyanın verilməsi ilə əlaqədar ödəniş zamanı edilə biləcək güzəştin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

 

 

Azərbaycan.- 2012.- 27 iyul.- S. 2.